Logo

ASAPES-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib

31.03.2022 18:04 388 baxış
IMG

Martın 31-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) konfrans zalında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Akademiyanın professor-müəllim və tələbə heyəti ilə dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova açıb. Anım tədbirində 31 Mart soyqırımı qurbanlarının və Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. 

Tədbir ASAPES-in müəllimi, Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.e.d., professor Arif Məmmədovun çıxışı ilə davam edib. Daha sonra o anım toplantısı iştirakçılarının suallarını cavablandırıb. 

Sonda ASAPES tələbələrinin martın 29-da Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksinə olan ziyarətinin videogörüntüləri tədbir iştirakçılarına təqdim edilib.

Xəbər lenti