Azərbaycan İlahiyyat İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar film nümayiş etdirilib.
Bu barədə "Tehsil.biz"ə Aİİ-dən bildirilib.
Film 1918-ci ildə Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində bolşevik və erməni daşnak ordularının planlı surətdə dinc yerli əhaliyə qarşı törətdikləri soyqırımından bəhs etməklə yanaşı, bu silahlı birləşmələrin misli görünməmiş vəhşiliklərini sənədlər əsasında nümayiş etdirir.