Logo

Təhsil naziri bu rayonların sakinlərini qəbul edəcək

31.03.2022 11:06 452 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev aprelin 22-də Şəmkir şəhərində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək.

Tehsil.biz xəbər verir ki, qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan şəhər və rayonların sakinləri 12 aprel 2022-ci il (saat 18:00-dək) tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər. 

Xəbər lenti