Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Qobustan" dərgisinin baş redaktoru Pərvin Nurəliyeva tərəfindən fakültənin profilinə uyğun bir sıra kitablar hədiyyə edilib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, fakültəyə hədiyyə edilən kitablar əsasən AYB-nin nəşrləridir.
Müxtəlif mövzuları əks etdirən kitablar müəllim və tələbə kontingentinin böyük marağına səbəb olmuş və fakültə dekanlığı tərəfindən onlara hədiyyə edilmişdir. Kitablar müvafiq kafedralara və fakültənin ehtiyat kitab fonduna təqdim olunmuşdur.
Fakültəyə hədiyyə olunan kitablar arasında “Azərbaycan proza antalogiyasi ( ll və lll cildlər)”, “Üzeyir Hacıbəyli ensiklopediyası (rus dilində)”, “Səfiəddin Urməvi haqqında araşdırma”, “Nigar Rəfibəylinin şeirlərinə çəkilmiş rəsmlərin yer aldığı albom”, “Kitabi - Dədə Qorqud dastanı əsasında illüstrasiyali albom”, “Dedim- dedilər ( Musiqişunaslıq məqalələri)” və Azərbaycan Yazıçılar Birliyinin tarixini əks etdirən kitablar yer alır.