Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasında “ATEF Şirkətlər Qrupu”nun baş müəhəndisi Nadir Kərimovla görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə AzTU-nun Tədris şöbəsinin müdiri Ərəstun Məmmədov, dekanlar, kafedra müdirləri və tələbələr iştirak edib.
Nadir Kərimov “ATEF Şirkətlər Qrupu”nun fəaliyyəti, Maşınqayırma texnologiyası kafedrasının tələbələrinin müəssisədə keçdiyi istehsalat təcrübəsinin gedişi, elmi-tədqiqat işləri haqqında məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.