Logo

ASAPES-SABAH tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTO

30.03.2022 16:21 645 baxış
IMG

31 mart - Azərbaycanlıların soyqırımının 104-cü illiyi ilə əlaqədar martın 29-da ASAPES tələbələri və SABAH Mərkəzinin rəhbər əvəzi Lalə Əhmədova, mərkəzin koordinatoru Çingiz Əliyev, tələbə və könüllülərlə iş şöbəsinin mütəxəssisi Mahmud Məmmədzadə, tədris studiyasının mütəxəssisi Rüfət Abdullayev Quba şəhərində Soyqırımı Memorial Kompleksində yerləşən kütləvi məzarlığın olduğu “Xatirə abidəsi”nə və Soyqırım muzeyinə təşkil olunan səfərdə iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, ziyarət zamanı ASAPES-in tələbə və inzibati heyəti erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyaların və yaşayış məntəqələrində törətdikləri cinayətin izlərini özündə əks etdirən tarixi faktların əyani şahidi olublar. 

ASAPES nümayəndələrinin xüsusi marağına səbəb olan digər nümunə çağdaş incəsənət örnəyi kimi xarakterizə edilən, tarixin qan yaddaşına həkk olunan hadisələrə müasir dövrün münasibəti və bu günün baxışı kimi dəyərləndirilən nəhəng metal lövhə üzərində əks olunmuş müxtəlif insan simaları idi.

ASAPES tələbələrinin böyük marağına səbəb olan Soyqırımı Memorial Kompleksinə ziyarətin əsas məqsədi onların milli ruhda yetişməsi və milli təəssübkeşliyin artırılması, torpağa və Vətənə bağlılığın gücləndirilməsi, eyni zamanda ölkəmizdə mövcud olan multikultural mühitin canlı şahidi olmaları idi.

Xəbər lenti