Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən "Kinoman" intellektual oyunu keçirilib.
Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən “Qızıl oğlanlar” komandası birinci yerə layiq görülərək intellektual oyununun qalibi olub.
Azərbaycan ali məktəblərinin tələbələrinin təmsil olunduğu "Kinoman" intellektual oyununda 8 komanda iştirak edib. Kapitanı Əflan Bədəlov olan qalib “Qızıl oğlanlar” komandasının üzvləri Cəfər Quliyev, Rəvan Quliyev, Cavid Hacılı və Nicat Məmmədzadədir.
"Kinoman" intellektual oyununun keçirilməsində məqsəd gənclər arasında milli, eləcə də xarici filmlərə maraq oyatmaq, bu sahədə onların bilik və məlumatlarının artırılmasıdır.