Logo

AzTU-nun dosenti vəfat edib

29.03.2022 20:41 467 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) dosenti Cavid Səfərov Almaniyada ürək tutmasında vəfat edib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Cavid Səfərov 1965-ci ildə Qazax rayonunda anadan olub.

1982-ci ildə AzTU-nun Mexanika fakültəsinin soyuducu-kompressor maşın və qurğuları ixtisasına daxil olub. 1989-cu ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək universitetdə tədqiqatçı-mühəndis kimi fəaliyyətə başlayıb.

Cavid Səfərov 1989-cu ildən AzTU-da pedagoji fəaliyyətə də başlayıb. O, həmçinin 2006-cı ildən Almaniyanın Rostock Universitetinin Texniki termodinamika kafedra­sında pedagoji fəaliyyətini davam etdirib

Cavid Səfərov 450–dən artıq elmi məqalənin və konfrans çıxışlarının, 1 dərslik, 1 monoqrafiya və 4 dərs vəsaitinin müəllifidir.

Qeyd edək ki, Cavid Səfərov martın 30-da Qazax rayonunda dəfn olunacaq.

AzTU-nun rəhbərliyi və kollektivi Cavid Səfərovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbər lenti