Logo

Azərbaycanlı tələbə BMT-nin konfransında Qarabağ həqiqətlərindən danışdı - FOTO

28.03.2022 15:48 522 baxış
IMG

Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatının "Best Diplomats" ("Ən yaxşı diplomatlar") Simulyasiya Konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin tələbəsi Nəsibə Mehdiyeva konfransda iştirak edib və "Best Diplomats" təşkilatının prezidenti olaraq müxtəlif ölkələrdən 100-dən artıq iştirakçının qatıldığı konfrans təşkil edib.

Tələbəmiz beynəlxalq konfransın mövzusunu keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinə, Qarabağ həqiqətlərinə həsr edib. Dünyanın müxtəlif yerlərindən olan diplomatlar, ekspertlər müzakirələrdə iştirak edib.

Qeyd edək ki, "Best Diplomats United Nations Simulation" Konfransı Gənc Liderlərin iştirak etdiyi nüfuzlu platformadır və iştirakçılar arasında fikir mübadiləsi aparmaq, ən mürəkkəb qlobal problemlərin həlli yollarını axtarmaq məqsədi daşıyır.

Azərbaycanlı tələbə BMT-nin konfransında Qarabağ həqiqətlərindən danışdı -  FOTO

Azərbaycanlı tələbə BMT-nin konfransında Qarabağ həqiqətlərindən danışdı -  FOTO

Azərbaycanlı tələbə BMT-nin konfransında Qarabağ həqiqətlərindən danışdı -  FOTO

Bakupost.az

Xəbər lenti