Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində martın 29-da yazıçı-ədəbiyyatşünas Nəcəf Nazimin 100 illiyinə həsr olunan elmi seminar keçiriləcək.
Tehsil.biz xəbər verir ki, tədbir universitetin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” Elmi-Tədqiqat Laboratoriyasının təşəbbüsü ilə təşkil olunur.
Seminarda laboratoriya müdiri dosent Nəzakət Hüseynovanın “Nəcəf Nazimin həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinləniləcək.