Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə sabah başa çatır

28.03.2022 12:01 394 baxış
IMG

On iki dövlət orqanında mövcud olan 54 vakant vəzifə üzrə ötən il dekabrın 17-dən başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsahibədə iştirak etmək üçün 133 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:55-ə olan məlumata görə, müsahibədə uğur qazanmış 49 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələrin martın 29-dək keçirilməsi planlaşdırılır.

Xəbər lenti