Logo

Şuşa şəhərinin 270 illiyinə həsr edilən beynəlxalq konfransa məqalə qəbul olunur

26.03.2022 12:01 348 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu mayın 8-də Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində təşkil olunacaq.

İnstitutdan bildirilib ki, konfransa alimlər, elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək [email protected] ünvanına göndərilməlidir. Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşanın tarixi, Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd şəhərin tarixinin, görkəmli şəxsiyyətlərinin, milli-mənəvi və sosial-mədəni irsinin ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.

Xəbər lenti