Logo

UNESCO-nun dəstəyilə reallaşdırılan layihə üzrə təlimlər davam edir

23.03.2022 16:46 425 baxış
IMG

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində tələbələr üçün təlimlər davam edir.

AzTU-dan bildirilib ki, təlim iştirakçılarına STEM, elektronika, layihələndirmə və proqramlaşdırma, mühəndislik dizaynı, mühəndislikdə qadınların iştirakının təşviqi mövzuları barədə məlumat verilir.  Təlimlərin martın 27-də yekunlaşması nəzərdə tutulur.

Xəbər lenti