Logo

COST proqramı üzrə onlayn məlumat günü keçiriləcək

23.03.2022 11:20 649 baxış
IMG

Martın 28-də saat 15:00-da Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Assosiasiyasının ekspertlərinin iştirakı ilə Azərbaycanın alim və mütəxəssisləri üçün COST proqramı üzrə onlayn məlumat günü keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, tədbirdə COST proqramı, onun əhəmiyyəti və imkanlarından istifadə yolları haqqında məlumat təqdim ediləcək.

Tədbirə akademiyanın saytında yerləşdirilmiş linkə daxil olaraq qoşulmaq mümkündür.

Əlavə məlumat üçün AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (+994 12 492 34 46; [email protected]) və COST Milli əlaqələndirici İlham Hümbətova (+994 50 227 20 01; [email protected]) müraciət etmək olar.

Xəbər lenti