Logo

Boksçu tələbəmiz Avropa çempionatında finala yüksəlib

21.03.2022 22:50 622 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Məşqçilik-2” fakültəsi üzrə 211A2 qrupunun tələbəsi Nicat Hüseynov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında finala yüksəlib.

Tehsil.biz xəbər verir ki, N.Hüseynov yarımfinalda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29).

Qeyd edək ki, Nicat Hüseynov həlledici döyüşə martın 23-də çıxacaq.

Xəbər lenti