Logo

ADPU tələbələri daun sindromlu uşaqları ziyarət edib

21.03.2022 20:15 410 baxış
IMG

Martın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin "ADPU Könüllüləri" Tələbə Birliyi nəzdində fəaliyyət göstərən Kitab klubunun üzvləri daun sindromlu uşaqlara baş çəkiblər.

"21 mart - Beynəlxalq Daun Sindromu Günü" nü "Günəşin övladları" ilə birgə keçirmək, həmçinin onların sevgi dolu qəlbini yaxından tanımaq məqsədi ilə təşkil olunan ziyarətdə tələbələr bir- birindən istedadlı daun sindromlu dostlarımızla tanış olaraq onlarla əyləncəli vaxt keçiriblər.

Tələbələr daun sindromlu uşaqların əl işləri ilə də tanış olublar. 

Qeyd edək ki, daun sindromlu şəxslərə diqqəti cəlb etmək, onların sosiallaşmasına dəstək göstərmək məqsədilə hər il mart ayının 21-i "Beynəlxalq Daun Sindromu Günü" kimi qeyd edilir. Bu gün bu sevgi dolu şəxslərin timsalında "Sevgi xromosom tanımır!" şüarı bir daha bütün dünyaya çatdırılır.

Xəbər lenti