Logo

AzTU ilə Rusiyanın Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq genişlənir

21.03.2022 12:27 673 baxış
IMG

Rusiya Federasiyası Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji Universitetində metallurgiya və materialşünaslıq üzrə sənaye sahələrində çalışan mütəxəssislərin qısa müddətə hazırlanması və qiymətləndirilməsi ilə bağlı yeni layihələr reallaşdırılır.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Layihələrin icrasından irəli gələn işlərin həyata keçirilməsi üçün Azərbaycan Texniki Universitetinin (AzTU) elmi potensialından istifadə olunacaq.

Qeyd edək ki, iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, iki universitet arasında akademik mübadilə, ixtisasartırma kursları, ustad dərsləri, elmi-tədqiqat layihələri və elmi konfransların təşkili nəzərdə tutulur.

Xəbər lenti