Logo

BDU-nun Filologiya fakültəsinin Könüllülər və Tələbə Gənclər təşkilatları Novruz bayramını qeyd edib

19.03.2022 17:20 576 baxış
IMG

Martın 18-də BDU-nun Filologiya fakültəsi üzrə Könüllülər və Tələbə Gənclər təşkilatlarının birgə təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə müəllimlər və tələbələr iştirak ediblər.

Aydan Rüstəmzadə və Rəvan Quliyevin aparıcılığı ilə keçirilən tədbirdə Novruz bayramına aid dekorlar və xonçalar hazırlanıb,

Lumu İspəndiyarzadə və Orxan İsmayılzadənin ifasında mahnılar səsləndirilib, Novruz adəti olan haxıştalar söylənilib. Sonda iştirakçılar yallı rəqsini ifa edib.

Xəbər lenti