Logo

“İmpakt faktor göstəricili beynəlxalq elmi jurnallara məqalə hazırlanması” mövzusunda seminar

19.03.2022 15:46 364 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə gənc tədqiqatçıların akademik yazı bacarıqlarının inkişaf etdirilməsi ilə məqsədi ilə “İmpakt faktor göstəricili beynəlxalq elmi jurnallara məqalə hazırlanması” mövzusunda seminar keçirilib.

Seminarda ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev və ali təhsil müəssisəsinin Gənc Alimlər və Tədqiqatçılar Şurasının üzvləri iştirak ediblər. 

Professor Asəf Zamanov çıxış edərək mövzunun aktuallığından, bu sahədə olan mövcud problemlərdən, "Web of Sience"və Scopus" bazasına daxil olan jurnallarda çap olunma imkanlarından danışıb.

ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, təhsil üzrə fəlsəfə doktoru Könül Kərimova məruzə ilə çıxış edərək akademik yazı bacarıqlarının inkişafı və onun müvafiq mərhələlər üzrə hazırlanma texnologiyası haqqında seminar iştirakçılarını məlumatlandırıb.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb və növbəti seminar üçün əsas istiqamətlər müəyyənləşdirilib.

Xəbər lenti