Logo

BANM dosentinin məqaləsi nüfuzlu xarici elmi jurnalda dərc edilib

19.03.2022 09:30 693 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisiyi kafedrasının dosenti Qəşəm Zeynalovun elmi məqaləsi İsveçrənin məşhur “Springer” nəşriyyatının yüksək əhəmiyyətə malik “Journal of Petroleum Exploration and Production” jurnalının yanvar buraxılışında nəşr edilib.

Tehsil.biz xəbər verir ki, elmi məqalə Xəzər Universitetinin “eiLink” Tədqiqat və İnkişaf Mərkəzinin tədqiqatçısı Şəhriyar Alxaslı və ABŞ-ın Hyuston Universitetinin doktorantı Aydın Şahtaxtinski ilə həmmüəllif olaraq hazırlanıb. 

Elmi məqalə “Cənubi Xəzər hövzəsində məhsuldar qat çöküntülərinin yerüstü çıxışlarının analoqunun misalında struktur və perofiziki faktorlardan asılı olaraq qumdaşılarda deformasiya zolaqlarının yaranmasının kəmiyyətcə qiymətləndirilməsi və onların rezervuarların keyfiyyətinə təsiri” adlanır. 

Məqalə Cənubi Xəzər hövzəsində məhsuldar qat çöküntüləri ilə əlaqədar əsas neft-qaz yataqlarının analoqu hesab edilən Yasamal antiklinalının yerüstü çıxışlarında struktur və petrofiziki faktorlardan asılı olaraq Üst məhsuldar qatın qumdaşılarında deformasiya zolaqlarının yaranmasının kəmiyyətcə dəyərləndirilməsinə və onların həmin qumdaşılardakı rezervuarların keyfiyyətinə mümkün təsirinin öyrənilməsinə həsr edilib.

Xəbər lenti