Logo

267 nömrəli məktəb-liseydə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib - FOTOREPORTAJ

18.03.2022 22:58 2684 baxış
IMG

Bakı şəhərində yerləşən 267 nömrəli məktəbdə xalqın el bayramı, yaz bayramı - Novruz haqqında tədbir keçirilib.

Məktəbin ibtidai sinif müəllimi Mədinə Şaxbanovanın təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə 1f sinif şagirdləri çıxış edib.

Bayram tədbirini giriş nitqi ilə açan Mədinə Şaxbanova birincilərə gecə və gündüzün get-gedə uzandığı, havanın və qəlblərin qızındığı, ana təbiətin oyandığı, həmçinin millətimizə xas olan yüksək əxlaqi dəyərləri, xeyirxahlığı, düzgünlüyü özündə ehtiva edən qədim tarixə dayalı Novruz haqqında müfəssəl məlumat verib. Əyanilik yaratmaq üçün şagirdlərə El bayramı barədə bədii ardıcıllıqla tərtib edilmiş kadrlardan ibarət qısa süjet təqdim olunub.

Bayram atributları ilə bəzədilmiş sinifdə qız və oğlanlar milli geyimdə bahar nəğmələri, bayram şeirləri səsləndiriblər.

Qızlar haxışta söyləyib, xonça hazırlayıb, oğlanlar yumurta döyüşdürüb, milli rəqs sədaları altında rəqs ediblər.

Tədbirin sonunda şagirdlər arasında sual-cavab oyunu keçirilib, hədiyyələr verilib və xatirə şəkilləri çəkilib.

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti