Logo

Beton üstündə təhsil alan şagirdlər – VİDEO

18.03.2022 22:13 415 baxış
IMG

Bərdə rayon Faiq Əhmədov adına Dəymədağlı kənd tam orta məktəbi yararsız hala düşüb. 

Belə ki, məktəbin taxta döşəməsi çürüyüb, binada dərin çatlar yaranıb, damı dağıldığından yağan yağış birbaşa otaqlara tökülür. 

Məktəbin təşkilatçı-müavini Ramin Hüseynov bildirib ki, siniflər bərbad vəziyyətdədir. Məktəbin istilik sistemi olmadığından sinifləri odun peçləri ilə isidirlər.

Daha ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti