Logo

BDU-da Novruz bayramı münasibətilə musiqili tədbir keçirilib

18.03.2022 21:11 517 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı münasibətilə musiqili tədbir keçirilib.

Universitetin Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsert proqramı BDU-nun instrumental ansamblının ifasında “Novruzu” musiqisinin səsləndirilməsi ilə başlayıb. Mərkəzin solisti Rəqsanə Əsədova “Novruz bayramı” mahnısını ifa edib.

BDU-nun türkmənistanlı tələbəsi Şöhrət Kokajanov Türkmənistanda Novruz bayramının keçirilmə qaydaları haqqında məlumat verib. Universitetin qızlardan ibarət rəqs qrupu “Nəlbəki” rəqsi ilə çıxış edib. Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Səbinə Həşimli “Yaylıq”, BDU-nun indoneziyalı tələbəsi Xalidə Tamami “Mən baharın qızıyam” mahnılarını səsləndiriblər. BDU-nun çinli tələbələri Son Ca Yi, Baxutnur, Co Şo, Zco co Yanq “Biz bir ailəyik” mahnısını çin dilində ifa ediblər.

Daha sonra BDU-nun vokal və qızlardan ibarət rəqs qrupları “Popuri” ilə çıxış edib, BDU-nun Qırğızıstandan olan tələbəsi Dinara Appasova isə öz ölkəsində Novruz adət-ənənələri ilə bağlı məlumat verib.

BDU-nun Xor kollektivi “Ana yurd” marşını səsləndirib. Sonda qızlardan ibarət rəqs qrupu  “Yallı” rəqsini ifa edib.

Tələbələrin ifa etdikləri Azərbaycan və türk xalqlarının milli musiqi və rəqsləri alqışlarla qarşılanıb.

Xəbər lenti