Logo

BDU-da ağacəkmə aksiyası keçirilib - VİDEO

18.03.2022 19:44 444 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, aksiyada Universitet rəhbərliyi, fakültə və struktur əməkdaşları, tələbələr iştirak ediblər.

BDU-nun “Tələbə evi”nin həyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış 500-dək müxtəlif cinsli ağac əkilib.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Xəbər lenti