Logo

UFAZ-ın tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçəcəklər

18.03.2022 14:33 400 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə təhsil alan IV kurs tələbələri AMEA Neft və Qaz İnstitutunun Neftli-qazlı komplekslərin litologiyası, Neftli-qazlı hövzələrin analizi, Lay sistemlərinin hidroqazdinamikası, Müasir qazmanın nəzəri və tətbiqi problemləri və Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbələrində təcrübə keçəcəklər.

Tələbələr bakalavr olmaqla 12 nəfərdən ibarət olacaq.

Həmin məsələ ilə bağlı institutda tədbir keçirilib. Tədbirdə institutun icraçı direktoru professor Vaqif Qurbanov tələbələrə təcrübə müddətində müəssisədə yaradılacaq şəraitdən bəhs edib.

İnstitutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov tələbələrə təcrübə qrafikləri və elmi rəhbərlərin təyin olunması barədə məlumat verib.

Xəbər lenti