Logo

UNEC-də Novruz şənliyi keçirilib

18.03.2022 13:25 431 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova universitetin kollektivini Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Universitetin Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində tələbələrin Novruz atributlarına, adət-ənənələrinə həsr etdikləri rəsm əsərləri də nümayiş olunub.

Tanınmış müğənnilərin ifaları, milli rəqslər və Novruz bayramının məşhur personajları olan Kosa ilə Keçəlin çıxışı şənliyə xüsusi rəng qatıb.

Xəbər lenti