“Halliburton” şirkətinin təcrübəli mütəxəssisləri Namiq Osmanov və Səbinə Nağıyeva Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının IV və V kurslarında təhsil alan tələbələr üçün "Neft-qaz sənayesinin rəqəmsallaşması" mövzusunda bilik mübadiləsi keçiriblər.
Tehsil.biz xəbər verir ki, görüş BANM-in Mühəndislik fakültəsinin dekanlığının təşkilatçılığı ilə baş tutub. Görüşdə real layihələrdə istifadə edilən optimallaşdırma metodlarından və bu proseslərdə istifadə edilən texnologiyalardan bəhs olunub.
Sonda tələbələrə hədiyyələr təqdim edilib, onların sualları cavablandırılıb.