Logo

Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində monitorinq imtahanları keçirilib

18.03.2022 11:22 965 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 16-17 mart 2022-ci il tarixlərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunub.

İmtahanlarda ümumilikdə 300 şagird iştirak edib. İmtahanlarda lisey şagirdləri ilə yanaşı, Kompleksdə təhsil almaq üçün qeydiyyatdan keçmiş şagirdlər də iştirak ediblər.

İmtahan prosesinin idarə olunmasına DİM və Kompleksin əməkdaşları cəlb olunub.

İmtahanlar 4-cü sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilib. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilib.

İmtahanlar Azərbaycan dilində aparılıb.

İmtahanların nəticələri Kompleksin rəsmi “Facebook” səhifəsində paylaşılacaq.

Növbəti monitorinq imtahanlarının 2022-ci il iyun ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti