Logo

“Novruz töhfələri”adlı tədbir keçirilib - FOTO

18.03.2022 09:13 663 baxış
IMG

Martın 17-də Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Novruz bayramına həsr olunmuş “Novruz töhfələri” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib.

Musiqili-əyləncəli tamaşada 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin teatr dərnəyinin  istedadlı aktyorları, rəqs kollektivləri, gənc vokalçıları Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib.

Tədbirdə uşaqlar nağıl qəhrəmanlarını canlandırıb, xalqımızın qədim bayramı olan Novruz adət-ənənələrini, bahar ətirli bir-birindən rəngarəng rəqsləri, musiqi nömrələrini  nümayiş etdirib. 

Sonda bütün uşaqlara hədiyyələr təqdim olunub. 

Xəbər lenti