Logo

Azərbaycan Texnologiya Universitetinin rektoru ECAR Erasmus+ layihəsi nümayəndələrini qəbul edib

17.03.2022 22:19 926 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov ECAR Erasmus+ layihəsi nümayəndələrini qəbul edib. 

Tehsil.biz xəbər verir ki, görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülən işlərlə bağlı məlumat veriblər. 

Layihə çərçivəsində qarşıda duran məsələlərlə də tanış olan rektor ECAR Erasmus+ layihəsində tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Akif Süleymanov layihəylə bağlı öhdəliklərin düzgün yerinə yetirilməsi üçün UTECA-da işçi qrup yaradıldığını və bura cəlb olunan əməkdaşların layihədə yaradılacaq komitələrin profilinə uyğun seçildiyini bildirib, Texnologiya Universitetinin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmək üçün bundan sonra da səy göstəriləcəyini qeyd edib.

Xəbər lenti