ATGTİ tərəfindən həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual oyunlar klubunun təşkilatçılığı ilə "Kinoman" adlı tədbir keçirilib.
Gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsinə, onların sosial həyatda daha aktiv fəaliyyətlərinə xidmət etmək məqsədilə təşkil olunan tədbirdə məşhur filmlər əsasında yarış təşkil edilib.
Müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə keçən gərgin və maraqlı yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının “Vikings” komandası da adını qaliblər sırasına yazdıraraq III yerə sahib olub.
Sonda qaliblər sertifikatla təltif olunmuşdurlar.