AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun beynəlxalq elmi-nəzəri jurnalı olan “Elmi əsərlər” jurnalının növbəti sayı çap olunub.
Tehsil.biz xəbər verir ki, jurnalda İlham Məmmədzadənin “Mədəni-tarixi epistemologiya məsələsinə dair”, Eynulla Mədətli və Qabil Camalovun “Təbrizdə Məhəmməd və Hüseyn Naxçıvani qardaşlarının maarifçilik fəaliyyətləri”, Əbülhəsən Abbasovun “Yeni İpək Yolu qlobal dünya nizamının formalaşması kontekstində”, Cemalnur Sargutun (Turkiyə) “Samıha Ayverdı’s understandıng of futuwwa”, Faiq Ələkbərli və Zeynəddin Şabanovun “XIX-XX əsrlər Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixinə aid üçcildlik yeni əsər”, Birgit Biehlin (Almaniya) “I.V.Fon Hötenin “Şərq-Qərb divanı”na əsaslanan Şərq və Qərb mədəniyyətinə təsiri və qarşılıqlı əlaqəsi”, Aslambek Akayevin (Rusiya) “Çeçenistanda İslam: tarixi-mədəni və müasir vəziyyət”, Əlişirin Şükürovun “Ehtimal nəzəriyyəsi ilə Qeyri-səlis məntiqin elmi-fəlsəfi müqayisəsi və bədii yaradıcılıqda ifadə konsepsiyası”, Nicat Məmmədovun “Mir Möhsün Nəvvabın ictimai-siyasi görüşləri”, Rəşidə Çixin (Fransa) “Kontekstdə sufilik (Osmanlı dövründə Misirin din tarixinə töhfə)”, Sabir Behbudovun “Maarifçilik dönəmində milli və dini dəyərlər”, Nagima Baytenevanın (Qazaxıstan) “Религиозно-мифологические основания древнетюркского мировоззрения”, Salih Çiftin (Türkiyə) “Tasavvuf araştırmalarının Türkiye’deki öncü ismi: Süleyman Uludağ”, Mirnazim Cəfərovun “Müasir dövrdə mədəniyyətlərarası dialoq, multikulturalizm və din məsələləri”, Toğrul Salmanzadənin “Yeni dünya nizamında sivilizasiya amili”, Xanımağa İsmayılovanın “Heydər Əliyevin Nizami Gəncəvi irsinə qayğısı”, Qoşqar Bağırovun “Siyasət və əxlaq münasibətləri problemi dövlətçilik və milli şüur kontekstində”, Əziz Məmmədovun “Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi mahiyyətinin tədqiqinin aktual istiqamətlərinə dair” və Samira Dadaşovanın “О книге “Философия взаимодействия культур и Новый Шелковый Путь” məqalələri yer alıb.