Martın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Kütləvi və tətbiqi idman növləri” kafedrasının təşkilatçılığı ilə atıcılıq idman növü üzrə ASAPES-in əməkdaşları arasında “Sərrast atıcı” turniri keçirilib.
Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.
Qeyd olunub ki, Novruz bayramı münasibətilə təşkil edilən turnirdə Akademiyanın müxtəlif şöbə və bölmələrindən professor-müəllim kollektivi və inzibati heyət üzvləri iştirak ediblər.