Logo

Respublika fənn müsabiqələrinə qeydiyyat davam edir

17.03.2022 14:37 414 baxış
IMG

Respublika fənn müsabiqələrinə qeydiyyat prosesi davam edir. Proses 18 mart saat 12:00-da başa çatacaq. 
Qeydiyyat https://portal.edu.az/ platforması üzərindən həyata keçirilir. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.
Qeyd edək ki, aprelin 3-də ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək. 
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Xəbər lenti