Logo

“Kiçik Akademiya”çılar arasında bilik yarışı keçirilib

17.03.2022 12:50 764 baxış
IMG

Paytaxt məktəbliləri arasında bilik yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, “Şuşa İli”nə həsr olunan bilik yarışında Nəsimi rayonu məktəbləri üzrə “Kiçik Akademiya” üzvləri iştirak edib.

Bakı şəhəri 211 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın təşkilatçılığı ilə VIII-X sinif şagirdlərindən ibarət komandalar arasında keçirilən yarışda 151 nömrəli tam orta məktəbin "Şuşa" komandası I, 164 nömrəli tam orta məktəbin "Erudit" komandası II, 211 nömrəli tam orta məktəbin "Cıdır düzü" komandası isə III yerə layiq görülüb.

Qalib komandanın üzvləri sertifikatla təltif olunublar. 

Xəbər lenti