Logo

ASAPES-də müsabiqə-festivalının I mərhələsinin yekun konserti keçirilib

17.03.2022 10:25 452 baxış
IMG

Martın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının I mərhələsinin yekun konserti keçirilib.

Tehsil.biz tədbirdə münsiflər heyəti qismində prorektorlar Təhminə Tağı-zadə, Almaz Ələkbərova və Akademiyanın rəsmiləri Lalə Əhmədova, Sabina Məmmədova, Validə Ağayeva, həmçinin Tələbə Gənclər təşkilatının sədri Elnur Əkbərov və Tələbə Həmkarlar İttifaqının sədri Araz Bağışov iştirak ediblər.

İştirakçılar müxtəlif çalğı alətləri, vokal, bədii qiraət, xalq mahnıları mövzularında münsiflər heyəti qarşısında maraqlı çıxışlar edərək özlərini sınayıblar.

Qeyd edək ki, qaliblər Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə may ayında keçiriləcək konsertdə çıxış etmək hüququ qazanacaqlar.

Xəbər lenti