16 mart 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən Tehsil.biz-ə verilən məlumata görə, hər iki fənn üzrə iclaslarda gündəlik məsələ qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının yeni nəşrlərinin dərsliklərlə müqayisəli təhlili olub.
İclaslarda işçi qruplarının üzvləri ilə bərabər DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib. Növbəti iclasda müzakirələr davam etdiriləcək