Logo

Azərbaycan Universitetinin 30 illiyi münasibətilə “Xatirə kitabı” çap olunub

16.03.2022 14:24 665 baxış
IMG

Azərbaycan Universitetinin fəaliyyətə başlamasının 30 illiyi münasibətilə “Xatirə kitabı” çap olunub. Rektor Səadət Əliyevanın önsözü ilə başlayan kitaba yubiley münasibətilə universitetə ünvanlanan təbriklər, Azərbaycan Universitetinə müxtəlif illərdə rəhbərlik etmiş rektorların, bir qrup məzunun, struktur bölmə rəhbərlərinin təbrik və xatirə yazıları daxil edilib. Kitabda Azərbaycan Universitetinin keçdiyi 30 illik inkişaf yoluna qısa nəzər salınır, universitet tarixindən faktlar və fotosənədlər də təqdim olunur.

Abituriyentlərə xatırlatmaq istəyirik ki, ali təhsil müəssisələrinə və 11 illik bazada kolleclərə tələbə qəbulu ilə bağlı həm cari, həm də əvvəlki illərin məzunları üçün ərizələrin qəbulu martın 17-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər texniki dəstək və məsləhət xidməti üçün Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.
 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
 (+99412) 431 41 17

Xəbər lenti