Logo

BDU-da İlaxır çərşənbə qeyd olunub

15.03.2022 23:42 479 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) İlaxır çərşənbə qeyd olunub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, universitetin həyətində bayram tonqalı qalanıb.

BDU-nun rektoru Elçin Babayev tələbə və müəllimləri İlaxır çərşənbə münasibətilə təbrik edib, xalqımıza, dövlətimizə əmin-amanlıq, sülh arzulayıb. Rektor tələbələri Vətən üçün çalışmağa, yaxşı mütəxəssis olmağa səsləyib.

Tələbələr tonqal ətrafında rəqs edib, yallı gedib, rektorla xatirə şəkillər çəkdiriblər.  

Daha sonra BDU-nun rektoru Elçin Babayev BDU-nun “Tələbə evi”ndə olub. “Tələbə evi”nin həyətində tonqal qalanıb, rektor tələbələri Novruz bayramı münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Xəbər lenti