Logo

Ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərin nəzərinə

15.03.2022 22:49 363 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbul olunur.

Təhsil Nazirliyindən bildirilib ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək aparılacaq.

Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Xəbər lenti