Logo

Respublika fənn müsabiqələrinə qeydiyyat müddəti uzadılıb

15.03.2022 17:35 482 baxış
IMG

3 aprel 2022-ci il tarixində ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, müsabiqəyə qeydiyyat müddəti 18 mart saat 12:00-a kimi uzadılıb. Qeydiyyat https://portal.edu.az/ platforması üzərindən həyata keçirilir. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Xəbər lenti