Logo

“Şəhid övladlarına bayram sevinci yaşat!” layihəsi həyata keçirilib

15.03.2022 15:55 432 baxış
IMG

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" (DP) və “Hökumətlərarası Təqaüd Proqramları”nın (HTP) məzunları, eyni zamanda Təhsil Nazirliyinin əməkdaşlarının könüllü xeyriyyə dəstəyi ilə “Şəhid övladlarına bayram sevinci yaşat!” layihəsi həyata keçirilib. 

Tehsil.biz xəbər verir ki, ayihənin həyata keçirilməsində 31 nəfər DP və HTP məzunu, eləcə də nazirliyin 26 əməkdaşı yaxından iştirak edib. 

Layihə çərçivəsində Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonları üzrə məktəbdə təhsil alan ümumilikdə 60 nəfər şəhid övladı üçün qarşıdan gələn Novruz bayramı münasibətilə təhsil yönümlü bır sıra hədiyyələr alınıb və 20 nəfər DP və HTP məzunu, eləcə də nazirliyin əməkdaşlarının iştirakı ilə onlara təqdim edilib. 

Xəbər lenti