Logo

Türkiyənin məşhur aktyoru Erhan Ufak BDU-da olub

14.03.2022 21:59 437 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) ASAN Könüllülər Təşkilatı və BDU Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Türkiyənin məşhur aktyoru, “Kurtlar vadisi” serialında “Güllü Erhan” obrazı ilə sevilən Erhan Ufakla tələbələrin görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə öz sənət yolundan bəhs edən aktyor 15 ildən artıq davam edən və Azərbaycanda  kifayət qədər sevilən “Kurtlar vadisi” serialındakı rolundan danışıb.

Azərbaycanda bir sıra yeni layihələrə başladığını qeyd edən Erhan Ufak özünü doğma ölkəsində hiss etdiyini, BDU tələbələri və könüllüləri ilə görüşdən  məmnun olduğunu qeyd edib.

Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti