Logo

UNESCO-nun dəstəyi ilə şagirdlər üçün keçirilən təlimlər başa çatıb

14.03.2022 18:23 667 baxış
IMG

UNESCO-nun dəstəyi ilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində şagirdlər üçün təşkil edilən təlimlər başa çatıb. 

Tehsil.biz xəbər verir ki, təlimlər əsasən “Elektronika, layihələndirilmə və proqramlaşdırma”, “Mühəndislik dizaynı”, "Python proqramlaşdırma"  və “Uğulu esselərin yazılması” mövzularını əhatə edib.

Layihənin sonunda 80-dən çox şagirdin iştirak etdiyi təlimlərin nəticələri qiymətləndirilib, həmçinin “Mühəndislik seçimində məktəblinin təlimat kitabçası”, “Mühəndislik seçimində tələbənin təlimat kitabçası” və “Phyton təlimləri üçün bələdçi kitabçası” adlı nəşrlər hazırlanıb. Kitabçaların hazırlanmasında layihə üzrə mütəxəssislər Günel Ağabəyli və Rəşid Əliyev iştirak edib.

Xatırladaq ki, layihə çərçivəsində tələbələr üçün də təlimlərin keçirilməsinə başlanılıb.

Xəbər lenti