Logo

Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi

14.03.2022 17:24 483 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinin növbəti məşğələsi martın 19-da (saat 12:00) “Zoom” platforması üzərindən keçiriləcək.

Tehsil.biz  MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər cümə günü saat 18:00-da bağlanır və hər şənbə günü saat 18:00-da açılır.

Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.

Xəbər lenti