Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qrupları Mırkəzinin İBT 201S saylı qrup tələbələri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin təsisçisi olduğu Uşaq sığınacağı – Reinteqrasiya mərkəzində dosent Səfərova Elnurənin rəhbərliyi ilə “Uşaqlarda hüquqi biliklər” mövzusunda qeyri-standart praktik dərs keçirib.
Tehsil.biz xəbər verir ki, dərsdə müəllim uşaqlar arasında hüquqi biliklərin aşılanmasının vacibliyini qeyd edib. Tələbələrdən Kərimova Rəşidə mövzu ilə bağlı hazırladığı slaydı təqdim edib, Hümbətli Leyla, Məmmədova Məleykə, Nəsibova Elza və Nəcəfova Xeyransa isə “Uşaq hüquqlarının qorunması və bu zaman qarşıya çıxan maneələr” mövzusunda maarifləndirici çıxışlar ediblər.
Praktik dərs çərçivəsində tələbələr sığınacağın iş prinsipi ilə tanış olublar. Sonda isə sığınacaqdakı uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.