Logo

Azərbaycan Universitetinin 16 tələbəsi “Boccia”da istehsalat təcrübəsi keçir

14.03.2022 16:05 407 baxış
IMG

Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələri diplomqabağı istehsalat təcrübəsini Boccia İdman Federasiyasında keçirlər.

Tehsil.biz xəbər verir ki, tələbələr milli komandanın 5 kateqoriyalı idmançılarının məşq zamanı assitantlığını edərək qeyri-məşq vaxtlarında onların problemlərini öyrənir və çıxış yolu tapmaq üçün çalışırlar.

İstehsalat təcrübəsi 24 may 2022-ci il tarixində yekunlaşacaq. Federasiyada təcrübə keçən tələbələrin sayı 16-dır.

Qeyd edək ki, boccia idman növü 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cu ildən təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Boccia İdman Federasiyası isə 2018-ci ildə yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.

Xəbər lenti