Logo

I və IV ixtisas qrupları üzrə balların hesablanma qaydası - İZAH

10.03.2022 11:19 1025 baxış
IMG

Qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları (altqrupları) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir.

Tehsil.biz xəbər verir ki, abituriyentlar qəbul imtahanının birinci (maksimal toplamla bilən bal 300) və ikinci (maksimal toplanila bilən bal - 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanila bilən bal-700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edirlər.

Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.

Qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə imtahan fənləri, tapşırıqların sayı və ballarin hesablanma qaydası

Qəbul imtahanının birincí mərhələsində şagird və abituriyentlərin bilik va bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.

Birinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 300

Abituriyentin qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən har bir fənn üzrə topladığı nisbi ballar cəmlənir.

Fənlər üzrə nisbi ballar yuxaridakı cədvəldə göstərilən qaydada hesablanir və 0.1-ə qədər yuvarlaqlaşdırılır.

Tapşiriqlar üzra səhv cavablar düzgün cavabların nəticəsina təsir göstərmir.

Xəbər lenti