Logo

ASAPES-də "C” kateqoriya məşqçilik kursuna II qrup üçün start veriləcək

04.03.2022 20:15 424 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq memorandumu çərçivəsində bakalavr səviyyəsinin “Məşqçilik” (futbol) ixtisası üzrə IV kurs tələbələri və məzunları üçün UEFA-nın “C” kateqoriya məşqçilik kursuna II qrup üçün start veriləcək.

“C” lisenziyası sahibləri AFFA və UEFA konvensiyasını imzalayan ölkələrin ərazisində məşqçilik fəaliyyəti göstərə bilərlər. Bu lisenziya ilə uşaqlara və yeniyetmələrə məşq keçmək olar.
Kurs 4 moduldan ibarətdir. Nəzəri və praktiki biliklərdən əlavə ixtisasçılar ilkin tibbi yardım təlimlərini keçəcəklər. Son modulda isə gənc məşqçilər “C” kateqoriya sertifikatı almaq üçün praktiki, şifahi və yazılı imtahan verəcəklər.

Ümumilikdə kursda 20 nəfərin iştirakı nəzərdə tutulub.

Xəbər lenti