Logo

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının monoqrafiyası rus dilində nəşr olunub

04.03.2022 12:57 370 baxış
IMG

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri Elza Salahovanın “Renium xalkogenidlər əsasında nazik yarımkeçirici örtüklərin alınması” monoqrafiyası nəşr olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Bildirilib ki, monoqrafiya müxtəlif elektrolitlərdən reniumun xalkogenlərlə birgə elektrolitik çökdürülməsinə və renium xalkogenidlərinin yeni nazik yarımkeçirici örtüklərinin alınmasının elmi əsaslarının işlənib hazırlanması sahəsində aparılmış tədqiqatlara həsr edilib.

Monoqrafiya kimya ixtisası üzrə təhsil alan tələbələr, doktorantlar, mütəxəssis və tədqiqatçılar üçün nəzərdə tutulub.

Xəbər lenti